Rusiya klubları azarkeşlərə görə cərimələniblər

Rusiya derbisi hər iki kluba ziyan vurub.

Sporline.az Sovsport.ruya istinadla xəbər verir ki, Rusiya Futbol İttifaqının Nəzarət və İntizam Komitəsinin rəhbəri Artur Qriqoryants bildirib ki, “Zenit” Və “Spartak”ın hər biri 20 min rubl cərimə olunacaq.

Sanksiya hər 2 klubun azarkeşlərinin nalayiq davranışlarına görə tətbiq edilib.Onlar xoşagəlməz ifadələr səsləndiriblər.

Qeyd edk ki, 57865 sayda azarkeşin izlədiyi “Zenit”-“Spartak Moskva” oyunu 0-0 hesabı ilə yekunlaşıb.Bu azarkeş sayı bu mövsüm üçün RPL-də rekord göstəricidir.