Rusiya klubu "Qarabağ"ın rəqibinin futbolçusu ilə maraqlanır

"Qarabağ"ın Avropa Liqasının keçid pley-offundakı rəqibi "Braqa"nın futbolçusu Alvaro Calo karyerasını Rusiyada davam etdirə bilər.

Sportline.az xəbər verir ki, "Krasnodar" klubu onun xidmətində maraqlıdır.

Bu haqda "Legalbet" nəşri məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, krasnodarlılr vinger mövqeyini məhz Calo ilə gücləndirməyi planlaşdırırlar.

"Braqa" onun transferi üçün 15 milyon avro tələb edir.

Xatırladaq ki, "Qarabağ"ın sabiq futbolçusu Kadi də "Krasnodar"ın formasını geyinir.