Rusiya klubundan maraqlı təqdimat

“Soçi” Türkiyənin “Alanyaspor” klubundan transfer edilən Serxio Kordovanın keçidini “Terminator” stilində video çarxla açıqlayıb.

Sportline.az xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumatda, 26 yaşlı oyunçunun mövsümün sonunadək icarə əsasında komandaya qoşulduğu bildirilir. 

Cari mövsüm “Alanyaspor”la 21 oyuna çıxan futbolçunun aktivində 3 qol, 2 məhsuldar ötürmə var.

Transfermarkt portalına görə Kordovanın dəyəri 1.8 milyon avrodur.