Rusiya klubunun sabiq baş məşqçisi vəfat edib
Portuqaliyalı baş məşqçi Artur Jorje vəfat edib.
Sportline.az Championat.com-a istinadən xəbər verir ki ,CSKA “Moskva”nın keçmiş çalışdırıcısı Artur Jorje bugün 78 yaşında vəfat edib.
Təcrübəli mütəxəssis 2003 və 2004-cü illərdə Rusiya klubunu çalışdırıb.Onun rəhbərliyi altında keçirdiyi 20 matçda komanda 9 qələbə qazanıb. Daha sonra portuqaliayı çalışdırıcı klubdan göndərilib.Jorje özü bildirmişdi ki, komandadan ayrılmağının səbəbi CKSA-nın sahibi Yevgeni Qinerin səbirsiz davranışları olub.Klubun normal çıxışına və ilk üçlükdə qərarlaşmasına baxmayaraq klubdan göndərildiyini bildirmişdi.Həmçinin mütəxəssis CSKA-nın sahibi ilə fərqli futbol anlayışlarına sahib olduqlarını da sözlərinə əlavə etmişdi.
Qeyd edək ki, Jorje məşqçilik karyerasını 69 yaşında başa vurub.CSKA ilə yanaşı o “Benfika” , ”Porto” ,PSJ , “Vitess” , “Əl Nəssr” , “Əl Hilal” klublarına rəhbərlik edib. Milli səviyyəsində isə mütəxəssis Kamerun , İsveçrə və Portuqaliya komandalarının uğurları üçün çalışıb.