Rusiya klubunun yeni futbolçusu yaşıl meydanlara çıxmağa hazırdır

Rusiyanın "Rostov" klubunun braziliyalı futbolçusu yaşıl meydanlara çıxmağa hazırdır.

Sportline.az Matctv.ru-ya istinadla xəbər verir ki, Ronaldunun meneceri Sesar Qranya bildirib ki, futbolçu bu mövsüm ən az 10 qol vuracaq.

Sesar Qranya açıqlamasında :"Ronaldo mənə söz verib ki, ən azı 10 qol vuracaq. Amma, bu həm ondan, həm də komanda yoldaşlarından aslıdır. Hazırda tam idel vəziyyətdədir və yaşıl meydanlara çıxacaq",-deyib.

Qeyd edək ki, "Rostov" klubu hazırda Rusiya Premyer liqasında 21 xalla 10-cu pillədə qərarlaşıb.