Rusiya Kuba ilə qarşılşacaq

Noyabrın 20-də Volqoqradda Rusiya və Kuba yığmaları yoldaşlıq oyunu keçirəcək.

Sportline.az Rusiya mətbuatına istinadla xəbər verir ki, görüş DÇ-2018 stadionunda - "Volqoqrad Arena"da baş tutacaq.

Qarşılaşma Rusiyanın bu il üçüncü ev oyunu olacaq. Komanda martın 26-da Sankt-Peterburqda İraqı (2:0), oktyabrın 12-də Moskvada Kamerunu (1:0) məğlub edib.