Rusiya millisini oyuna "Katyuşa" ilə çıxacaq

Serbiyalı müğənni Radinoviç Rusiya - Serbiya yoldaşlıq matçındən əvvəl “Katyuşa” mahnısını səsləndirəcək.

Sportline.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, Rusiya Futbol Federasiyasının qənaətincə, bu addım həm rus, həm də serb azarkeşlər tərəfindən dəstəklənəcək.

Xatırladaq ki, Rusiya və Serbiya milli futbol komandalarının yoldaşlıq görüşü martın 21-də Moskvada keçiriləcək.