Rusiya millisinin futbolçusu “Beşiktaş”da
“Beşiktaş” rusiyalı futbolçusu Aleksey Mirançuku heyətə qatmağa yaxındır.
Sportline.az Fanatik.com.tr-yə istinadla xəbər verir ki, klub rəhbərliyi Mirançukun transferini yekunlaşdırmaq üzrədir.
“Qara-qartallar”ın “Atalanta” klubu ilə razılıq əldə etdiyi bildirilir.
Qeyd edək ki, Aleksey Mirançuk "Atalanta"nın heyətində keçirdiyi 56 oyunda 9 qol, 7 asistlə yadda qalıb.