Rusiya millisinin yeni formasının təqdimatı olacaq

Rusiya millisi yeni formasını təqdim edəcəyi tarixi açıqlayıb.

Sportline.az xəbər verir ki, Rusiya futbol milli komandasının yeni forması martın 6-da VDNK-da “Rusiya” formunda təqdim olunacaq.

Rusiya millisi yeni formada Serbiya (21 mart) və Paraqvay (25 mart) seçmələri ilə yoldaşlıq oyunu keçirəcək.Bu matçlar Moskva şəhərində yerləşən “VTB Arena”da baş tutacaq.

Qeyd edək ki,Rusiya komandasının texniki sponsoru yerli “Jögel” şirkətidir.Əvvələr isə milli komandanın formaları adidas tərəfindən hazırlanırdı.