Rusiya millisinin yoldaşlıq görüşündə növbəti rəqibi bəlli olub
Rusiya millisi yoxlama oyununda Paraquayla üz-üzə gələcək.
Sportline.az Rusiya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki,qarşılaşma martın 25-də Moskva şəhərində keçiriləcək.Matç “Lev Yaşin” adına stadiona baş tutacaq.
21 martda isə həmin stadionda Rusiyanın rəqibi Serbiya seçməsi olacaq.
Qeyd edək ki, Rusiya milliləri və klubları növbəti qərara qədər FİFA və UEFA turnirlərindən uzaqlaşdırılıblar.Buna görə də Rusiya millisi yalnız yoldaşlıq oyunları keçirir.