Rusiyalı futbolçu karyerasını başa vurub
Rusiya millisinin keçmiş futbolçusu Fyodor Kudryaşov karyerasını bitirdiyini açıqlayıb.
Sportline.az xəbər vrrir ki, bu barədə 36 yaşlı oyunçunun çıxış etdiyi “Fakel” klubunun mətbuat xidməti məlumat yayıb.
Peşakar karyerası ərzində müdafiəçi “Spartak Moskva” , “Ximki”, “Tom Tomsk”, “Krasnodar” ,”Terek” (indiki “Axmat”), “Rostov” , “Rubin”, “Soçi” kimi klubların şərəfini qoruyub.Kudryaşov Rusiya çempionatının 4 qat gümüş medalçısıdır.Oyunçu həmçinin Türkiyə klublarından “Başakşehir” və “Alanyaspor”da da çıxış edib.
Qeyd edək ki, Kudryaşov 5 il (2016-2021) Rusiya millisində çıxış edib.Millinin forması ilə 48 oyunda iştirak edən oyunçunun aktivində 1 qol var.