Rusiyalı futbolçunun meneceri Qazaxıstan klubunun təklifini qəbul etməyib

Rusiyalı futbolçunun meneceri Qazaxıstan klubunun təklifini geri çevirib.

Sportline.az Matchtv.ru-ya istinadla xəbər verir ki, "Spartak Moskva" klubunda çıxış edən 23 yaşlı cinah müdafiəçisi Lion Klassenin meneceri Sergey Qalyunov Qazaxıstan klubundan gələn təklif barədə danışıb. 

Sergey Qalyunov bildirib ki, Lion Klassen Rusiya klubunda xoşbəxtdir və icarə əsasında heç bir komandaya transfer olmaq istəmir.

Qeyd edək ki, Lion Klassen bu mövsüm "Spartak Moskva" forması ilə cəmi 7 oyunda meydana çıxıb və 2 qol 1 asistlə yadda qalıb.