Rusiyalılar Türkiyədə əlbəyaxa oldular

Rusiyanın SKA Xabarovsk və “Çelyabinsk” komandaları Türkiyədə yoxlama matçında üz-üzə gəlib.

Sportline.az xəbər verir ki, oyundan sonra xoşagəlməz hadisə yaşanıb.

Final fiti sələnər səslənməz futbolçular arasında əlbəyaxa dava başlayıb. 

Oyun “Çelyabinsk” komandasının 4-3 hesablı qələbəsi ilə yekunlaşıb.

Yayım SKA Xabarovsk mətbuat xidməti tərəfindən klubun Youtube kanalında aparılıb.

Video fraqmentlərin birində Xabarovsk klubunun futbolçusu Said Aliyevin rəqib oyunçuya necə hücum etdiyi, daha sonra isə digər oyunçuların və məşqçilərin epizoda necə qoşulduğu görüntülənib. 

Hadisənin səbələri hələ ki məlum deyil.