Kadi əlamətdar günü qeyd edir
Bu gün "Qarabağ"ın sabiq futbolçusu Kadinin də formasını geyindiyi “Krasnodar” klubunun yaranma günüdür.
Sportline.az Sovsport.ru-ya istinadla xəbər verir ki, 22 fevral 2008-ci ildə yaranan klub 16-cı yaşını qeyd edir.
Klubun yaradılmasının təşəbbüskarı və sahibi Serqey Qalitskidir.
“Krasnodar” 2008-ci ilin fevral ayında peşakar klub statusu alıb və ikinci divizionda çıxış etməyə başlayıb.
Komanda ilk rəsmi oyununu 2008-ci il aprelin 2-də Taqanroqda “Nika”ya qarşı keçirib.
“Buğalar” 3 dəfə RPL-in bürünc medalını qazanıblar, 2 dəfə isə ölkə kubokunun finalına yüksəliblər.