"Rusiyanın yerində olsaydım, AFK-yə keçməzdim"
Özbəkistan millisinin üzvü Rüstəm Aşurmatov Rusiyanın Asiya Futbol Konfederasiyasına keçib-keçməməsi ilə bağlı danışıb.
Sportline.az xəbər verir ki, "Rubin"in müdafiəçisi bu barədə "Metaratings.ru"ya açıqlama verib.
“Məndən asılı olsaydı, AFK-yə keçməzdim, çünki səviyyə fərqlidir. Rusiya artıq Avropa komandaları ilə oynamağa öyrəşmişdi, ona görə də komandanız demək olar ki, ən güclü komandalarla eyni səviyyədə idi. Gözləmək daha yaxşıdır. Düşünürəm ki, gələcəkdə Rusiya Avropa yarışlarına qaytarılacaq və sizin komandanız yenidən turnirlərdə çıxış edəcək”, - deyə Rüstəm bildirib.