“Sabah” qalib gəldi, “Səbail" -“Araz Naxçıvan” görüşündə heç-heçə

Bu gün Azərbaycan Premyer Liqasında 23-cü tura start verilib.

Sportline.az xəbər verir ki, birinci oyun günündə iki matç baş tutacaq. 

"Sabah" "Kəpəz"i qəbul edib. Matç Masazır təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

"Səbail" isə "Araz-Naxçıvan"la üz-üzə gələcək. 

Azərbaycan Premyer Liqası
XXIII tur

17 fevral

16:00 Sabah - Kəpəz 3:2
Qollar: Kahim Parris, 38, Cessi Sekidika, 55, Kristian Da Silva, 78 - Martins Junior, 6, Amil Yunanov, 84
Baş hakim: Elçin Məsiyev
"Bank Respublika Arena"

18:30 Səbail - Araz-Naxçıvan 2:2

Qollar: Aleksandr Ramalinqom, 13, 61 - Orxan Əliyev 31, 35

Baş hakim: Kamran Əliyev