"Sabah" "Qarabağ"a uduzdu
Milli komandaların oyunlarına görə Azərbaycan Premyer Liqasında yaranan fasilə bu gün başa çatıb.
Sportline.az xəbər verir ki, 14-cü turun ilk oyun günündə 1 matç keçirilib.
"Qarabağ" səfərdə "Sabah"la qarşılaşıb və 2:1 hesablı qələbə qazanıb. Komandalar arasında ilk dövrədə keçirilən oyunda isə "Qarabağ" 2:0 hesablı qələbə qazamışdı.
Qeyd edək ki, 14-cü turun digər oyunları noyabrın 25-i və 26-da keçiriləcək.
24 noyabr (cümə)
20:00.“Sabah” – “Qarabağ” - 1:2
Qollar: Toral Bayramov, 58-pen (0:1), Nəriman Axundzadə, 60 (0:2), Cesse Sekidika, 63 (1:2)
Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Rəhman İmami, Rauf Allahverdiyev
“Bank Respublika Arena”
32-ci dəqiqədə "Sabah"ın futbolçusu Emmanuel Apeh penaltini düzgün yerin yetirə bilməyib və top qapı tirinə dəyib.
25 noyabr (şənbə)
14:00. “Səbail” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Eyyub İbrahimov, Teymur Teymurov, Rəşad Əhmədov
“ASCO Arena”
16:00.“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Rəvan Həmzəzadə, Elşad Abdullayev, Şirmamed Mamedov, Kamran Əliyev
Qəbələ şəhər stadionu
26 noyabr (bazar)
15:30.“Neftçi” – “Araz-Naxçıvan”
Hakimlər: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov
“Neftçi Arena”
18:00.“Sumqayıt”– “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
“Kapital Bank Arena”