"Sabah"dan çətin qələbə
Azərbaycan Basketbol Liqasında (ABL) XIV tura start verilib.
Sportline.az xəbər verir ki, açılış oyununda "Sabah" və "Olimpik Şəki" komandaları qarşılaşıblar. "Sərhədçi" İdman Mərkəzində keçirilən görüş paytaxt klubunun 77-72 hesablı qələbəsi ilə başa çatıb.
Ən məhsuldar basketbolçular "Sabah"dan Entoni Patti (32 xal, 11 ribaund), "Olimpik Şəki"dən isə Larri Robinson (18 xal, 3 asist) olublar.
Qeyd edək ki, XIV turun "Zirvə Astara" - "AAAF Xırdalan", "Sərhədçi PİK" - "Gəncə" və "Neftçi İK" - NTD oyunları yanvarın 21-i və 22-də gerçəkləşəcək.