"Sabah"ı "Turan Tovuz"la oyuna çıxaracaq məşqçi bilindi

"Sabah" komandası Premyer Liqanın 21-ci turunda "Turan Tovuz"la qarşılaşacaq.

Sportline.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Murad Musayevin istefasında sonra komandanın növbəti oyunlara kimin çıxaracağı maraq doğururdu.

Bu vəzifə müvəqqəti olaraq klubun idman direktoru İqor Ponomaryova həvalə olunub. 

Qeyd edək ki, "Neftçi"nin veteran futbolçusu vaxtilə Azərbaycan millisi və "Qarabağ"ı da çalışdırıb.