"Sabah"ın futbolçusu "Şahdağ Qusar"da

"Şahdağ Qusar" yeni mövsem heyəti formalaşdırmaqdadır.

Sportline.az xəbər verir ki, I Liqa təmsilçisi "Sabah"ın futbolçusu Seymur Məmmədovu heyətinə qatıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, 21 yaşadək futbolçulardan ibarət milli komandanın da formasını geyinmiş futbolçu son mövsümü icarə əsasında “Mingəçevir”də keçirib.

Banner