Sabiq "Real Madrid"linin "Barselona"ya keçidi gündəmdədir

"Osasuna"nın futbolçusu Viktor Munyoz yayda "Barselona"ya keçə bilər.

Sportline.az xəbər verir ki, bu haqda "The Athletic" nəşri məlumat yayıb.

22 yaşlı oyunçunun transfer qiyməti 20 milyon avrodur.

Qeyd edək ki, Munyoz 2022-2025-ci illər ərzində "Real Madrid"in akademiyasında çıxış edib.

İspaniya millisinin üzvü "Barselona"nın öz yetirməsi sayılır. O, Kataloniya klubunda 2014-2017-ci illərdə forma geyinib.