Salah getsə, o gələcək
"Liverpul" misirli futbolçusu Mohammed Salah klubdan ayrılsa, rəhbərlik "Bavariya"nın ulduzu Maykl Oliseni transfer etməyə çalışacaq.
Sportline.az xəbər verir ki, bu haqda "Mail Sport" nəşri məlumat yayıb.
23 yaşlı sağ cinah vingerinin transfer qiyməti 100 milyon avrodur.
Qeyd edək ki, Olisenin Münhen klubu ilə sözləşməsi 2029-cu ilin yayına qədərdir.
O, bu mövsüm meydana çıxdığı 9 matçda 7 qol 2 asistlə yadda qalıb.