Samboçularımız Avropa çempionatında 7 medal qazanıblar
Serbiyanın Novi Sad şəhərində keçirilən gənclər və yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan samboçuları 7 medal qazanıblar.
Azərbaycan Sambo Federasiyasından Sportline.az-a verilən məlumata görə, gənclər 3 (2 gümüş və 1 bürünc), yeniyetmələr isə 4 mükafat (4 bürünc) əldə ediblər.
Gənclərdə Nicat Rəhimov (64 kq) və Xudabaxış Əliyev (71 kq) gümüş, Pünhan Göyüşov (79 kq), yeniyetmələrdə İsmayıl Əlipənahov (53 kq), Nicat Süleymanlı (64 kq), Roman Qarayev (79 kq) və Hacbaba İmaməliyev (+98 kq) bürünc medal qazanıb.
Beləliklə, Azərbaycanın sambo milliləri Avropa çempionatında 10 medal (1 qızıl, 2 gümüş, 7 bürünc) qazanıb. Xatırladaq ki, daha əvvəl böyüklərdən Elvin Bağırov (64 kq) qızıl, Nicat Məmmədli (58 kq) və Rəsul Aydəmirov (98 kq) bürünc medalı boynundan asdırmışdı.r.