"Sampdoriya"nın baş məşqçisi müəyyənləşdi

İtaliyanın "Sampdoriya" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az xəbər verir ki, Genuya təmsilçisini Klaudio Ranyeri çalışdıracaq.

İtaliya mətbuatı danışıqların müsbət nəticələndiyini bildirib. 

Qeyd edək ki, 68 yaşlı mütəxəssisin son iş yeri "Roma" olub.