"Samsunspor" klubu isveçli futbolçunu transfer etmək istəyir
Türkiyə Sper liqasında çıxış edən "Samsunspor" klubu isveçli yarımmüdafiəçi üçün təklif göndərib.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Yunanıstanın "AEK" klubu Niklas Elisson üçün "Samsunspor"dan 4,5 milyon avro tələb edib.
Türkiyə klubunun rəsmiləri isə məbləği ödəyə bilməyəcəklərini və yenidən danışıqlar masasına əyləşmək istədiklərini bildiriblər.
Qeyd edək ki, Niklas Ellison bu mövsüm "AEK" forması ilə çıxdığı 31 matçda 3 qol, 7 asistlə yadda qalıb.