Samuel Kvok: "Azərbaycan idmançıları ilə qürur duyuram"
"Bakıya səfərim mənim üçün çox əhəmiyyətlidir".
Bunu Sportline.az-a açıqlamasında paytaxtımızın qonağı olan Çin döyüş növləri ustası Samuel Kvok deyib.
Dünya şöhrətli ustad Azərbaycan idmançılarının hazırlıq səviyyəsini yüksək qiymətləndirib: "Koronavirusla əlaqədar uzun müddətdir ki, bura gələ bilmirdim. Tələbəm Asif Sayadov və Azərbaycan üçün çox darıxmışdım. Azərbaycanda Vin Çunla məşğul olanlar həm əxlaqi cəhətdən, həm də idmançı kimi yüksək təsir bağışlayırlar. Dünya standardlarına uyğun inkişaf etdikləri hiss olunur. İdmançıların həm Uşu, həm də Vin Çun növlərində beynəlxlaq arenalarda göstərdiyi nəticələr də bunu təsdiqləyir. Onlarla qürur duyuram".
Qeyd edək ki, Samuel Kvok Azərbaycan Vin Çun Federasiyasının dəvəti ilə Bakıya səfər edib.