Sançes getmək istəmir
"İnter"in hücumçusu Aleksis Sançes klubu ilə müqaviləni pozmaqdan imtina edib.
Sportline.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, çilili oyunçu 4 milyon avro təzminat müqabilində belə müqaviləni ləğv etmək istəməyib.
Xatırladaq ki, Sançes hələ də özünə yeni komanda tapa bilmir. Onun klubla müqaviləsi 2023-cü ilin yayı başa çatır.
Qeyd edək ki, Sançes ötən mövsüm "İnter"in heyətində bütün turnirlərdə 39 oyuna çıxıb, 9 qol vurub və 5 qolun ötürməsini verib.