Sanço "Yuventus"da keçə bilər

Ceydon Sanço “Mançester Yunayted”i tərk etməyə yaxındır.

Sportline.az "Sky Sports"a istinadən xəbər verir ki, ingilis futbolçu “Yuventus”un 25 milyon avroluq təklifini qəbul edib

“Yunayted” artıq bu məbləğə razılıq verib və şəxsi şərtlərlə bağlı danışıqlar da sürətlə irəliləyir.

24 yaşlı vingerlə Türkiyənin “Fənərbağça” klubu da maraqlanırdı. Lakin Sanço Super Liqada oynamaq istəmədiyi üçün Joze Mourinyonun komandasının təklifini rədd edib.