“Sanderlend”i “Vest Hem”ə dəyişir
“Sanderlend”in ingiltərəli futbolçusu Kris Riqq mövsümün sonunda komandasını dəyişəcək.
Sportline.az “The Guardian” nəşrinə istinadən xəbər verir ki, “Vest Hem” Kris Riqqi transfer etməkdə israrlıdır.
17 yaşlı yarımmüdafiəçinin “Sanderlend”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Kris Riqq bu mövsüm çıxış etdiyi 36 matçda 4 qol və 1 məhsuldar ötürmə müəllifi olub.