Sarri: "Ronaldo əzələsini yüngül zədələyib"

"Yuventus"un baş məşqçisi Mauritsio Sarri Kriştiano Ronaldonun zədəsindən danışıb.

Spoetline.az xəbər verir ki, 59 yaşlı mütəxəssis İtaliya mətbuatına açıqlamasında portuqaliyalı hücumçunun sıx oyun qrafikinə görə zədələndiyini deyib:

"Bəzi futbolçuları əvəzləyib-əvəzləməyəcəyim haqda düşünəcəyəm. Ronaldo əzələsini yüngül zədələyib. Bu, 7 günə 3 oyun üçün normaldır. Futbolçularımın uyğunluğunu yoxlayacağam".

Qeyd edək ki, "Yuventus" A Seriyasında hazırda 13 xalla liderdir.

Banner