Sarri "Yuventus"a keçməyə yaxındır

"Çelsi"nin baş məşqçisi Mauritsio Sarri "Yuventus"a keçməyə yaxındır.

Sportline.az xəbər verir ki, bu barədə İtaliya mətbuatında məlumat yayılıb.

Deyilənlərə görə “Çelsi” rəhbərliyi Sarrinin Turin klubuna getməyinə razıdır. Qeyd edək ki, "Çelsi" italiya mütəxəssisin debüt mövsümündə Premyer Liqada 3-cü pilləni tutmaqla yanaşı, UEFA Avropa Liqasının qalibi olub.