Saşa Boeyin yaşıl meydanalara dönəcəyi tarix bəlli olub

Saşa Boeyin yaşıl meydanalara dönəcəyi tarix bəlli olub.

Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, fransalı cinah müdafiəçisi "Bavariya" forması ilə 2 oyuna çıxdıqdan sonra əzələsində yırtılma olduğ üçün yaşıl meydanlardan uzaq qalmışdı. 

Komandanın həkimləri isə mediaya açıqlamarında Saşa Boeyin martın 16-da "Darmştat"la görüşdə yenidən oynaya biləcəyini deyiblər. 

Qeyd edək ki, Saşa Boey qış transfer pəncərəsində "Qalatasaray"dan 25 milyon avro qarşılığında transferi olunmuşdu.