"Qarabağ" "Səbail"ə qalib gəldi, "Sabah" "Turan Tovuz"la bacarmadı

Azərbaycan Premyer Liqasında bu gün XXI tura start veriləcək.

Sportline.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olacaq.

Əvvəlcə meydana “Qarabağ”la “Səbail” çıxacaq. 

Günün ikinci qarşılaşmasında isə “Sabah” “Turan Tovuz”u qəbul edəcək. 

Qeyd edək ki, “Sumqayıt” – “Neftçi”, “Qəbələ” – “Zirə” oyunları fevralın 4-də, “Kəpəz”– “Araz-Naxçıvan” matçı isə bir gün sonra keçiriləcək.

Premyer Liqa
XXI tur
3 fevral (şənbə)

15:00. “Səbail” – “Qarabağ” 1-2

Qol:Pedro Nuno, 68 (pen). Toral Bayramov, 14 (pen), Yassin Benzia, 59 (pen)
Hakimlər: Cavid Cəlilov, Vüsal Məmmədov, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”

17:30. “Sabah” – “Turan Tovuz” 1-1

Qol: Parris, 22 - Aleks Souza, 11

Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Zöhrab Abbasov, Kamran Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Anar Şixəliyev
“Bank Respublika Arena”