"Səbail"də yeni legioner

"Səbail" komandası yeni hücumçu ilə güclənib.

Sportline.az xəbər verir ki, Niderlandın "Venlo" klubunda çıxış edən Mərakeş əsilli Suliman Alluş karyerasına "dənizçilər"də davam edəcək. Tərəflər arasında 2,5 illik müqavilə imzalanıb.

Bu mövsüm 22 yaşlı vinger klubunda 17 oyun keçirib və 3 qol vurub. 

Niderlandın aşağı yaş qrupları üzrə milli komandalarında da forma geyinən futbolçu 2019-cu ildə U-17-lər arasında Avropa çempionu olub. İrlandiyada keçirilən həmin yarışın finalında Niderland İtaliyanı məğlub edib - 4:2.