Sebastian Şimanski mövsüm sonunda komandadan ayrılacaq
Sebastian Şimanski mövsüm sonunda komandadan ayrılacaq.
Sportline.az Fotomaç.com.tr-yə istinadla xəbər verir ki, təcrübəli futbolçu mövsüm sonunda İtaliyanın "Milan" klubuna qatılacaq.
"Fənərbağça" rəsmiləri Şimanskinin İtaliya A seriyasında çıxış etmək istədiyini və keçidə icazə verəcəklərini bildiriblər.
Qeyd edək ki, Sebastian Şimanski bu mövsüm "Fənərbağça" forması ilə çıxdığı 35 matçda 12 qolla yadda qalıb.