Sentyabrın ən yaxşı futbolçusu bilindi

İtaliya A Seriyasında sentyabr ayının ən yaxşı futbolçusu açıqlanıb.

Sportline.az xəbər verir ki, bu ada "Napoli"nin gürcü vingeri Xviça Kvaratsxeliya layiq görülüb.

Gürcüstan millisinin lideri ötən ay İtaliya çempionatında uğurlu çıxışı ilə yadda qalıb.

O, keçirdiyi 3 qarşılaşmada rəqib qapılarına 2 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub. 

Kvaratsveliya siyahıda "Yuventus"dan Bremeri, "Bolonya"dan Kastronu, "Komo"dan Kutroneni, "İnter"dən Di Markonu, "Milan"dan isə Pilişiçi qabaqlayıb.