Ser Aleks Ferqüson açıqlması ilə diqqət mərkəzinə düşüb
"Mançester Yunayted"in keçmiş baş məşqçisi Ser Aleks Ferqüson diqqət mərkəzinə düşdü.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, şotlandiyalı mütəxəssis "Tottenhem"i ağır tənqid atəşinə tutub.
Ser Aleks bildirib ki, "Xoruzlar" heç bir zaman İngiltərə Prmyer liqasının qalibi ola bilməyəcəklər. Təcrüəbli mütəxəssis klubun çempionluq üçün yox sadəcə gəlir əldə edilmək məqsədi ilə yaradıldığını düşündüyünü deyib.
Qeyd edək ki, keçmiş baş məşqçi İngiltərə Prmyer liqasında ən uğurlu klublar siyahısında "Mançeser Yunayted", "Mançester Siti" və "Liverpul"u gördüyünü bildirib.