Ser Aleks Ferquson türkiyəli hakimi unutmadığını açıqlayıb
"Mançester Yunayted"in keçmiş baş məşçqisi Ser Aleks Ferquson keçmiş hakim Cüneyt Çakırı unutmadığını açıqlayıb.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, türkiyəli hakimin "Mançesteer Yunayted" - "Real Madrid" görüşündə Naniyə qırmızı vərəqə verməsi təcrübəli mütəxəssisin kinlənməsinə səbəb olmuşdu.
Ser Aelk Ferquson açıqlamasında :"O gündən Cüneyt Çakırın idarə etdii oyunlara baxdım və hələ də ciddi səhvlərə yol veririrdi. Bizim məğlub olma səbəbimizdə məhz elə odur",-deyib.
Qeyd edək ki, Cüneyt Çakır ötən mövsüm baş hakimlik karyerasını başa vurduğunu açıqlamışdı.