Serbiyalı basketbolçu 56 illik rekordu yeniləyib

“Qolden Steyt Varrioz”la oyun Yokiç üçün əlamətdar olub.

Sportline.az “OptaSTATS”-a istinadən xəbər verir ki,”Denver Naqets”in serbiyalı mərkəz oyunçusu Nikola Yokiç  NBA tarixində ardıcıl 3 oyunda ən azı 80 xal, 50 ribaund və 45 məhsuldar ötürmə ilə çıxış edən ikinci basketbolçu olub.İlk dəfə bu uğura 1968-ci ildə Vilt Chamberlain nail olub.

Son 3 matçda Yokiç orta hesabla 27.3 xal, 16.7 ribaund və 15 məhsuldar ötürmə ilə oynayıb.Ümumilikdə isə , Nikola bu mövsüm iştirak etdiyi 56 görüşdə komandasına orta hesabla 26.1 xal, 12.3 ribaund və 9.3 asist qatqı göstərib.

Qeyd edək ki,Nikola Yokiç daha əvvəl komanda yoldaşlarında ad gününə heç bir hədiyyə almadığını bildirmişdi.Fevralın 29-u “Denver Naqet”sin liderinin 29 yaşı tamam olub.