Sərdar Aziz yaşıl meydanlara qayıdır

"Fənərbağça"nın təcrübəli müdafiəçisi "Beşiktaş"la görüşə hazır olduğnu və zədəsini sağaltdığını deyib. 

Sportline.az Sporx.com.tr-yə istinadla xəbər verir ki, 33 yaşlı futbolçu komandanın baş məşqçisi İsmail Kartalla görüşüb və " Özümü tam olaraq hazır hiss edirəm. Sadəcə oyuna çıxmalıyam",-deyib. 

Təcrübəli mütəxəssis futbolçuya əsas heyətdə yer verəcəyini bildirib.

Qeyd edək ki, Sərdar Aziz bu mövsüm "Fənərbağça" forması ilə 8oyunda 1qol,1 asistlə yadda qalıb.