"Sərhədçi" NTD-yə qarşı

Bu gün Azərbaycan Basketbol Liqasında 15-ci tura start verilir.

Sportline.az xəbər verir ki, turun ilk günündə “Sərhədçi” öz arenasında NTD-ni qəbul edəcək. Görüş saat 19:15-də başlayacaq.

Qeyd edək ki, turun qalan oyunları 25-29 yanvarda keçiriləcək.