Serxio Ramos 9 il qabaq "Mançester Yunayted"ə keçə bilərmiş

Ulduz futbolçu Serxio Ramos açıqlaması ilə gündəmə gəlib.

Sportline.az xəbər verir ki, hazırda "Sevilya"da çıxış edən futbolçu 2014-cü ildə az qala "Mançester Yunayted"ə keçəcəyini etiraf edib.

“Bəli, “Yunayted”də oynamağa yaxın idim. Atam bu komandanın böyük fanatıdır, amma mən aid olduğum yerdə qaldım, o da "Real Madrid"dir. Hər şeyə baxmayaraq, mən hələ də bu kluba, eləcə də Premyer Liqaya və orada çıxış edən futbolçulara heyranam. Hesab edirəm ki, Premyer Liqada oyunun tempi çox fərqlidir”, - deyə Ramos AS-a bildirib.

Qeyd edək ki, canlı əfsanə 16 il "Real"ın şərəfini qoruyub. Ramos Madrid klubunda çıxdığı 671 matçda 101 qol və 40 məhsuldar ötürmə ilə yadda qalıb.