Serxio Ramos keçmiş komandası haqqında danışıb

"Real Madrid"in keçmiş futbolçusu Serxio Ramos Bernabeuda qol vuracağı təqdirdə sevinməyəcəyini bildirib.

Sportline.az xəbər verir ki ,Ramos həftəsonu keçiriləcək “Real Madrid”-“Sevilya” oyunu haqda fikirlərini bölüşüb.

37 yaşlı müdafiəçi “Özümü evimdə kimi hiss edəcəm çünki uzun illərimi ,karyeramın ən önəmli anlarını orda yaşadım və azarkeşlərlə ,komanda yoldaşlarımla bağlı gözəl xatirələrim var.Bu əvəzolunmaz və duyğu dolu bir an olacaq. “Real Madrid” hər il hər turnirin favoritidir.Onlar yaxşı dövr keçirirlər ,liderdilər və əla keyfiyyətə malik oyunçuları var.Azarkeşlərə və “Real Madridə” böyük hörmətim var.Əgər qol vursam sevinməyəcəm amma bunu edəcək qədər şanslı olsam və həmin qol bizə qələbə qazandırsa o halda qeyd edəcəm”,-deyib.

Qeyd edək ki, Serxio Ramos "kral" klubundan ayrıldıqdan sonra PSJ-yə ardınca isə "Sevilya"ya trasnfer olunub.