Serxio Ramos komandadan ayrılmaq istəmir

İspaniyalı ulduz futbolçu Serxio Ramos "Sevilya"dan ayrılmaq istəmir.

Sportline.az Goal.com-a istinadla xəbər verir ki, 37 yaşlı ispaniyalı müdafiəçi yeni müqavilə imzalamaq istədiyini bildirsə də "Seilya" rəsmiləri bu barədə düşünmədiklərini bildiriblər. 

Serxio Ramosun meneceri klub rəsmiləri ilə görüşərək yeni müqavilə təklif olunmayacağı təqdirdə yeni klub axtarışına başlayacağını deyib.

Qeyd edək ki, Serxio Ramos bu mövsüm "PSJ"dən "Sevilya"ya heç bir məbləğ ödənmədən trasfer olunmuşdu.