Səudiyyə Ərəbistanı klubu "Mançester Yunayted"in 2 futbolçusunu istəyir
Səudiyyə Ərəbistanının "Əl-Nəssr" klubu "Mançester Yunayted"in 2 futbolçusunu istəyir.
Sportline.az Sporx.com-a istinadla xəbər verir ki, Ərəbistan klubu Kazemiro və Van Bissaka üçün təklif göndərib.
"Əl-Nəssr" rəsmiləri Kazemiro üçün 70 milyon avro təklif ediblər. "Mançester Yunayted" klubunun futbolçunun keçidinə icazə verəcəyi bildirilib. Van Bissaka üçün 26 milyon avro təklif olunsa da "qırmızı şeytanlar" transferə icazə verməyib.
Qeyd edək ki, "Əl-Nəssr" klubu daha öncə Ceydon Sanço və Antoni üçün də təklif göndərmişdi.