Sevgilisi ulduz futbolçunun köynəyini hərraca çıxardı

Turin "Yuventus”unun portuqal hücumçusu Kriştianu Ronaldunun sevgilisi Corjina Rodriqes futbolçunun idman köynəyini hərraca çıxarıb.

Sportline.az xəbər verir ki, hərracdan əldə ediləcək vəsait ispan xəstəxanalarının koronavirusla mübarizəsinə yardım üçün sərf ediləcək.

"Koronavirusla bağlı xəstəxanalar, tibb bacıları, həkimlər, bütün tibb personalı və pasiyentlər köməyimizə ehtiyac duyduğu indiki dəhşətli vaxtda biz narahatlıq keçiririk. İspaniya koronavirus pandemiyasına görə çox əzab çəkir və mən buna görə kömək etmək istəyirəm.

 

Corjina Rodriqes

 

Mən sevimli geyimimi, həmçinin unikal və olduqca xüsusi predmeti, “Yuventus”un üzərinə Kriştianu Ronaldu yazılmış futbolkasını hərraca çıxarmağa hazıram. Mənim satışımın ümumi həcmi COVID-19 ilə mübarizə üçün ispan xəstəxanalarına ianə ediləcək", - Rodriqes “Instagram”dakı hesabında yazıb.