"Sevilya"nın futbolçusu karyerasını Meksikada davam etdirəcək
"Sevilya"nın vinqeri "Monterrey" klubuna transfer olunub.
Sportline.az Marca.com-a istinadla xəbər verir ki, Meksika klubu 30 yaşlı futbolçu ilə 2027-ci ilə qədər müqavilə imzalayıb.
Mənbənin xəbərinə görə İspaniya klubu bu transferdən 7 milyon avro qazanacaq.
2019-cu ildən "Sevilya"da çıxış edən Okampos Əndəlüs təmsilçisi ilə 2 dəfə Avropa Liqasının qalibi olub.
Qeyd edək ki, argentinalı futbolçu ötən mövsüm bütün turnirlər daxil olmaqla 45 oyunda 5 qol vurub, 4 asist edib.