Şahmat tacı uğrunda görüşlərin təqvimi
Rusiyalı Yan Nepomnyaşi və çinli Din Liren arasında keçiriləcək şahmat tacı uğrunda görüşlərin təqvimi bəlli olub.
Sportline.az xəbər verir ki, qrossmeysterlər arasındakı ilk partiya aprelin 9-da olacaq.
İti zəka sahibləri 11, 14, 17, 19, 22, 25, 28 apreldə istirahət edəcəklər.
14 qarşılaşmadan sonra bərabərlik qeydə alınsa, aprelin 30-da tay-breyk oynanılacaq.
Bütün görüşlər Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.