Şahmatçımız “Aeroflot Open”ə qələbə ilə başladı

Rusiyanın paytaxtı Moskvada “Aeroflot Open” beynəlxalq şahmat turnirinə start verilib.

Sportline.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Aydın Süleymanlı ilk turda rusiyalı Yevgeni Vorobyovu məğlub edərək yarışa qələbəylə başlayıb.

Beynəlxalq usta Rəvan Əliyev isə digər yerli şahmatçı İvan Zemlyanskiyə məğlub olub.

Qeyd edək ki, turnirdə 144 şahmatçı mübarizə aparır.