Şahmatçımız Almaniyadakı yarışın qalibi oldu

Azərbaycan şahmatçısı Eltac Səfərli Almaniyada təşkil olunan "Staufer-Open" turnirinin qalibi olub.

Sportline.az xəbər verir ki, 30 yaşlı qrossmeyster sonuncu turda ev sahibi Lev Yankeleviçə qalib gəlib.

Beləliklə, 7 xal toplayan Səfərli əlavə göstəricilərə dörd rəqibini qabaqlayıb.

Qeyd edək ki, yarışda ümumilikdə 200 şahmatçı iştirak edib.